Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan vilayətinin turizm investorları və əl işləri sənayesi iclasında deyib.

"Qonşu ölkələr İrana qarşı sanksiyalar dövründə ölkənin iqtisadi potensialının önəmli hissəsi hesab olunur. Bu baxımdan qonşu ölkələr xarici siyasətdə və iqtisadi əməkdaşlıqda ən böyük fürsətdir", - deyə o bildirib.

Əraqçi bildirib ki, Rəzəvi Xorasan vilayətinin Əfqanıstan, Türkmənistan və Pakistanla ticarət əlaqələri mövcuddur. Bu vilayət qonşu ölkələrlə ticarət münasibətlərini və gediş-gəlişləri artırmaq üçün lazımi səlahiyyətlərə sahibdir. Bu istiqamətdə Xarici İşlər Nazirliyinin vilayətdəki nümayəndəliyi ilə koordinasiya məsələlərin asanlaşmasına köməklik göstərə bilər. XİN-in vilayətdəki nümayəndəliyinin vəzifəsi qonşu ölkələrlə əlaqələrin asanlaşdırılmasıdır. Bu potensialdan iqtisadi, ticarət və turizmin inkişafı istiqamətində istifadə olunmalıdır.

İranlı nazir deyib ki, vilayətlərin səlahiyyətlərinin artırılması iqtisadi məsələlərin həlli üçün effektiv yollardan biridir. İran prezidenti Məsud Pezeşkian vilayətlərin səlahiyyətinin artırılmasını xüsusi qeyd edir və bu işin yerinə yetirilməsinə önəm verir. Belə ki, hər hansı vilayətlə əlaqədar məsələlər həmin vilayətdə tezliklə və dəqiq müəyyənləşdirilərək həll olunsun. İran və qonşu ölkələr arasında bir çox məsələlər, xüsusilə sərhəd bölgələrdəki məsələlər, vilayətlər səviyyəsində paytaxtlardan daha asan və daha tez həll oluna bilər. Misal üçün əgər Rəzəvi Xorasan vilayəti ilə Əfqanıstan arasında hər hansı problem yaranarsa, onun həlli həmin bölgədə yerli rəsmilər arasında məsələnin Kabil və Tehrana ötürülməsi və iki paytaxt arasında müzakirələrin keçirilməsindən daha rahat həll oluna bilər.