"Haber7"-nin verdiyi məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus yol kənarına aşıb.
Qəza nəticəsində 3 nəfər həyatını itirib, 11 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə barədə məlumat daxil olduqdan sonra qəza yerinə təcili tibbi yardım və jandarm qüvvələri cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırma başlanılıb.
Комментарии
Загрузка…
Оставить комментарий