Day.Az xəbər verir ki, Nadzaladevi rayonunda torpaq sürüşməsi baş verib və nəticədə yaşayış evlərindən birinin divarı zədələnib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Güclü yağıntılar səbəbindən küçələri, zirzəmiləri və bir neçə metro stansiyasını su basıb. Bir sıra yollarda nəqliyyatın hərəkəti iflic olub, həmçinin vaxtaşırı elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Şəhər xidmətləri və rayon administrasiyaları gecə boyu əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılması üçün fövqəladə rejimdə çalışıblar.

Məlumata görə, Çikovani küçəsində qaz kəməri zədələnib. Yaxınlıqdakı çoxmənzilli binanın sakinləri müvəqqəti olaraq təxliyə ediliblər. Daha sonra qəza aradan qaldırılıb və qazın verilişi bərpa olunub.