"Nəzərə alınmalıdır ki, idman qidalarının tərkibində olan və arıqlama və ya piy yandırma effektləri ilə əlaqələndirilən komponentlərin bu cür təsir göstərdiyinə dair müvafiq beynəlxalq qiymətləndirmə qurumları tərəfindən tanınmış hər hansı sağlamlıq bəyanı mövcud deyil. Bu səbəbdən həmin məhsulların bu cür iddialarla təqdim edilməsi istehlakçılarda məhsulun real təsiri barədə əsassız və yanlış təsəvvür formalaşdırır.

Həmçinin qurum influenserlər və digər ictimai nüfuz sahiblərinə müraciət edərək onları geniş auditoriyaya təqdim etdikləri məhsullar barədə məlumatların doğruluğuna əmin olmağa çağırıb: