- Иран считает целесообразным ратификацию Конвенции о правовом статусе Каспийского моря, решение должен принять парламент.
- Пресс-секретарь МИД Ирана Исмаил Багаи заявил, что в Конвенции не определена исходная линия, поэтому нельзя говорить о доле Ирана.
- Переговоры о делимитации должны вестись в двустороннем формате, в том числе с Туркменистаном и Азербайджаном.
- Конвенция была подписана в 2018 году в Актау, но Иран до сих пор не ратифицировал её.
- Конвенция определяет правовой статус Каспийского моря и предотвращает его милитаризацию.
Bəqai bildirib ki, ümumilikdə Xəzər dənizinin yeraltı ehtiyatları və digər məsələlər üzrə İranın payının 50 faiz, 20 faiz və ya bundan az və çox olması ilə bağlı müxtəlif iddialar səsləndirilir
"Halbuki Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada Xəzər dənizinin başlanğıc xətti barədə qeyd yoxdur. Çünki başlanğıc xətti təyin olunmasa, İranın payı haqqında danışmaq olmaz".
"Başlanğıc xətti haqqında başqa formatlarda, o cümlədən ikitərəfli müzakirələr aparılmalıdır. Bir ara İranın Türkmənistan və Azərbaycanla bu haqda müzakirələri başlanıb və bir zaman kəsiyində dayanıb. Lakin bu müzakirələr davam etdirilməli olan məsələdir", - deyə o bildirib.
Bəqai deyib ki, 7-8 ildən sonra 4 ölkənin qoşulduğu və hüquqi cəhətdən çərçivəni müəyyənləşdirən, Xəzər dənizinin hərbiləşməsinə mane olan, önəmli və faydalı cəhətləri olan Konvensiyanın hazırkı durumda hökumət tərəfindən parlamentə təqdim olunması üçün uyğun zamandır. Buna əsasən, Konvensiya haqqında qərar verilməlidir. Konvensiya haqqında qərarı İran parlamenti verməlidir.
Əlavə edək ki, Xəzər dənizinin uzunluğu təxminən 1,2 min km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Dənizin sahil xəttinin uzunluğu təxminən 6,38 min km-dir. Dənizin ətrafında 5 sahilyanı ölkə - Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya yerləşir.
2018-ci il 12 avqustda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) 5-ci sammitində ölkə başçıları tərəfindən Xəzər dənizinin hüquqi statustu haqqında Konvensiya imzalanıb. Konvensiya 4 ölkənin parlamentində ratifikasiya olunsa da, indiyədək İran parlamentində ratifikasiya olunmayıb.
Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyada ölkələrin payı ölkələr arasında ikitərəfli razılaşma çərçivəsində həll olunması nəzərdə tutulub.
Комментарии
Загрузка…
Оставить комментарий