"İRNA" Tehran Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Şervin Təbriziyə istinadla bildirib ki, yanğın yerli vaxtla saat 07:20-də Baharıstandakı Nəsirabad sənaye parkında baş verib. Hadisə yerinə iki təcili tibbi yardım avtomobili və bir təcili tibbi yardım avtobusu göndərilib.

Tehranın cənub-qərb hissəsinin Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məhəmməd Şokri bildirib ki, yaralananlardan dördü yaxınlıqdakı xəstəxanaya çatdırılıb, daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Məlumata görə, yanğının baş verdiyi müəssisə alışqan və alışqan mayesinin istehsalı ilə məşğul olub.