- В первый день правления нового президента Колумбии Абелардо де ла Эсприэльи произошло два нападения.
- В департаменте Сесар в результате атаки дронов на полицейский участок погиб полицейский.
- В Кали диссиденты FARC атаковали строящийся пункт взимания платы, ранив двух охранников.
- Президент пообещал усилить борьбу с наркоторговлей и преступными группировками.
- Де ла Эсприэлья приказал перевести 117 заключенных в тюрьмы строгого режима.
Yeni prezidentin cümə günü and içdiyi Kali şəhəri yaxınlığındakı yolda isə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) dissidentləri partlayıcılarla yüklənmiş avtomobil ilə inşa edilməkdə olan ödənişli keçid məntəqəsinə hücum ediblər. Pan-Amerika magistralının üzərində, Santander de Kiliçao bələdiyyəsinin ərazisində yerləşən infrastruktura hücum nəticəsində iki mühafizəçi yüngül xəsarətlər alıb. Ordu keçid məntəqəsinə hücumu dissident qruplaşmanın törətdiyini bildirib.
Qeyd edək ki, Kolumbiyanın ən çox axtarılan partizanı İvan Mordisko tərəfindən idarə olunan Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin dissidentləri Kali yaxınlığında, Kauka departamentində fəaliyyət göstərir. Dissidentlər 2016-cı ildə hökumətlə əldə olunan sülh sazişinə qoşulmaqdan imtina etmişdilər.
"Ölkənin infrastrukturuna hücum etmək milyonlarla kolumbiyalının tərəqqisinə, hərəkət imkanlarına və rahatlığına hücum etmək deməkdir", - deyə Abelardo de la Esprielya şənbə günü X sosial şəbəkəsində yazıb. O, andiçmə mərasimində "narkoterrorizm və bütün cinayətkar təşkilatlarla yorulmadan mübarizə aparacağına" söz vermiş və əsas silahlı qruplaşmalarla danışıqların aparılmayacağını bildirmişdi.
De la Esprielya İsrail və ABŞ-nin dəstəyi ilə Kolumbiyada fəaliyyət göstərən partizanlara və narkotik qaçaqmalçılarına qarşı hava zərbələrini gücləndirəcəyinə, həmçinin Salvadorun həbsxanalarına bənzər, çox böyük tutumlu həbsxanalar inşa edəcəyinə söz verib. O, həmçinin sələfi, solçu lider Qustavo Petronun ölkənin əsas silahlı qruplaşmaları ilə başlatdığı sülh danışıqlarını dayandırmaq niyyətində olduğunu açıqlayıb.
De la Esprielya ilk tədbirlərindən biri kimi Petro ilə sülh danışıqlarında iştirak etmiş 117 "yüksək profilli" məhbusun yüksək təhlükəsizlik rejimli həbsxanalara köçürülməsini əmr edib.
Комментарии
Загрузка…
Оставить комментарий