- В Министерстве обороны Азербайджана прошло ежегодное собрание военных атташе и представителей, работающих при посольствах за рубежом.
- На открытии выступил начальник Управления международного военного сотрудничества генерал-майор Эльчин Абдуллаев.
- На собрании были заслушаны отчеты о проделанной работе и обсуждены перспективы двустороннего военного сотрудничества.
- Участники посетили научно-производственное предприятие 'Иглим' Министерства оборонной промышленности и ознакомились с его производственными возможностями.
- В завершение участники посетили Парк Победы и сделали памятное фото.
Bildirilib ki, tədbirin açılışında Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev çıxış edərək hərbi diplomatiyanın inkişafı, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və qarşıda duran mühüm vəzifələr barədə ətraflı məlumat verib.
İclasda hərbi attaşelərin və nümayəndələrin ötən dövr ərzində görülən işlər, aidiyyəti ölkələrlə ikitərəfli hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektiv fəaliyyət istiqamətləri üzrə hesabat məruzələri dinlənilib.
Görüşlərdə beynəlxalq hərbi əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub və hərbi diplomatların qarşısında duran əsas vəzifələrə dair müvafiq tapşırıqlar verilib.
Tədbir çərçivəsində Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən aktual mövzular barədə təqdimatlar təşkil olunub.
Sonra hərbi attaşelər və nümayəndələr Müdafiə Sənayesi Nazirliyinin "İqlim" Elmi-İstehsalat Müəssisəsini ziyarət edərək müəssisənin istehsal imkanları və yenilikləri ilə tanış olublar.
Yekunda iştirakçılar Zəfər parkını ziyarət edib, xatirə şəkli çəkdiriblər.
Комментарии
Загрузка…
Оставить комментарий