- Президент Ирана Масуд Пезешкиан заявил, что позиция Ирана по отношению к США не изменилась.
- Пезешкиан отметил, что Иран сохраняет жесткую позицию, но дипломатия вынудила США к соглашению.
- Иран подчеркнул необходимость соблюдения инструкций, написанных Ираном и Оманом, и готовность ответить в случае их нарушения.
- Напряженность в отношениях США и Ирана началась 8 июля, когда США нанесли удары по иранской территории после атаки на торговое судно в Ормузском проливе.
- Иран ответил ударами по американским объектам в ряде стран и заявил о закрытии Ормузского пролива.
İranın ABŞ ilə bağlı mövqeyi olduğu kimi qalıb və dəyişməyib.
Day.Az Trend-ə istinadən bildirir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda jurnalistlərlə təşkil etdiyi mətbuat konfransında deyib.
"İran ABŞ ilə bağlı sərt mövqeyində qalır. Bunda heç bir şübhə yoxdur. Hər halda həmin danışıqlar, müzakirələr, diplomatiya ABŞ-ni İranla anlaşma əldə etməyə məcbur edib", -deyə o qeyd edib.
Pezeşkian deyib ki, İran diplomatiya sahəsində əldə olunan nailiyyətləri qorumalıdır. Qarşı tərəf İran və Omanın yazdıqları göstərişlərə əsasən əməl etməlidirlər. Əməl olunmayacağı təqdirdə, İran da cavab verəcək. Belə hallarda, anlaşma memorandumunun pozulmasının həll olunması üçün bir heyət təşkil olunur.
"Hər halda proses izlənilməkdədir. İranın qüruru və şərəfi uğrunda işlərin davam etdiriləcəyinə ümid edilir", - deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.
Комментарии
Загрузка…
Оставить комментарий