Avqustun 6-sı dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb.

Bu barədə Day.Az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, 6 avqust 2026-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.