Belə ki, mərhumun yaxınları bir müddət əvvəl Baş prokuror Kamran Əliyevin qəbulunda olublar. Bundan sonra işin daha ətraflı araşdırılmasına zərurətin olduğu bildirilib və cinayət işinin başlanması barədə qərar çıxarılıb.

Xatırladaq ki, bu ilin aprelində Adil Rzayevin atası Ərəstun Rzayev övladının həkim səhlənkarlığının qurbanı olmasını bildirmişdi. O, oğlunun Respublika Diaqnostika Mərkəzində həkim-cərrah İlqar İsmayılov tərəfindən əməliyyat edildiyini, lakin əməliyyatın düzgün icra edilmədiyini bildirmiş və həkimin məsuliyyətə cəlb edilməsini tələb etmişdi.