- В Азербайджане некоторые пляжи загрязнены, власти предупреждают об опасности купания.
- Врачи отмечают рост числа детей с инфекциями, связывая это с купанием в грязной воде.
- Педиатр Вагиф Гараев предупреждает о риске заражения ротавирусом и кишечными инфекциями.
- Симптомы инфекций: рвота, диарея, высокая температура, обезвоживание.
- Несмотря на предупреждения, некоторые люди продолжают купаться в запрещенных местах.
Çirkli dəniz suyu hansı infeksiyaların yayılmasına səbəb ola bilər?
Day.Az xəbər verir ki, mövzuya münasibət bildirən həkim-pediatr Vaqif Qarayev Bizim.Media-ya bildirdi ki, virus və bakteriyalarla çirklənmiş dəniz suyundan ciddi yoluxmalar mümkündür:
"Çirkli dəniz suyunda rotaviruslar, bağırsaq infeksiyaları törədən bakteriyalar var. Bunların olduğu yerlərdə yoluxma halları qaçılmazdır. Bu infeksiyalara yoluxan uşaqlarda qusma, ishal, yüksək temperatur müşahidə olunur. Qızdırma, qusma, ishalın səbəbinin məhz virus və ya bakteriya olduğunu həkim müəyyən etməlidir. Ona görə də kiçik yaşlı uşaqların valideynləri dərhal həkimə müraciət etməlidir. Çünki qusma və ishalla onlar maye itirirlər, bunun nəticəsində orqanizm suzuzlaşa və ağır fəsadlar törədə bilər".
Bəzi insanlar xəbərdarlıqlara məhəl qoymurlar
Həkim insanları çirklənmiş dəniz sularından uzaq durmağa səsləyib:
"Aidiyyəti qurumların açıqlamalarına diqqət yetirmək vacibdir. Həmin qurumlar dəniz suyunun çirkli olduğu və çimməyin qadağan edildiyi ərazilər barədə mütəmadi olaraq məlumat verir, xəbərdarlıq edirlər. Amma bəzi insanlar bu xəbərdarlıqlara məhəl qoymadan həmin ərazilərdə çimməyə davam edirlər."
Комментарии
Загрузка…
Оставить комментарий