- Начинается этап выбора вакансий для школ, где применяются стимулирующие меры, в соответствии с фактическим районом проживания.
- Этап выбора вакансий начинается 8 августа в 11:00 и продлится до 10 августа 11:00.
- Кандидаты могут выбрать вакансии через личные страницы.
- Кандидатам рекомендуется подтвердить электронные заявления после завершения выбора.
- Кандидаты, отказавшиеся от занятой вакансии, не будут допущены к следующим этапам выбора вакансий.
Day.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başlayır. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.
Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək.
Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur.
Qeyd edək ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.
Комментарии
Загрузка…
Оставить комментарий