- Специалист AMEA Энвер Алиев сообщил, что приближается период, известный в народе как 'середина лета'.
- По его словам, 5-6 и 6-7 числа месяца считаются серединой лета, после чего ночи становятся прохладнее.
- Алиев считает, что текущая жара продлится недолго, и через несколько дней погода постепенно улучшится.
- Он утверждает, что наблюдаемые погодные явления не связаны с изменением климата, а являются естественными повторениями, подобными тем, что были в 1957 и 1964 годах.
- Алиев советует гражданам не беспокоиться, так как постепенно наступает прохлада.
Onun sözlərinə görə, ayın 5-6-sı, 6-7-si arası yayın yarısı hesab olunur. El arasında buna "quyruq dondu" deyirlər. Bundan sonra gecələr sərinləşir, şeh düşür. Gecələr sərin olanda insanlar rahat yatır, gündüz də özlərini daha gümrah hiss edirlər.
Mütəxəssis hesab edir ki, hazırkı kəskin istilər uzun çəkməyəcək:
"Mənə elə gəlir ki, bir neçə gündən sonra artıq hava tədricən düzələcək. Yayın yarısından sonra yavaş-yavaş payıza doğru gedirik. Kəskin istilər azalacaq." Ənvər Əliyev son illər geniş müzakirə olunan iqlim dəyişikliyi məsələsinə də münasibət bildirib. Onun fikrincə, hazırda müşahidə olunan hava hadisələri iqlim dəyişikliyindən deyil, əvvəllər də baş vermiş təbii təkrarlanmalardan qaynaqlanır:
"İqlim dəyişikliyi adlandırılan məsələ ilə razı deyiləm. Belə yağıntılar, daşqınlar əvvəllər də olub. Yaşlı insanlar 1957-ci, 1964-cü illərdə də oxşar hadisələrin baş verdiyini xatırlayırlar. Bunlar təkrarlanan təbiət hadisələridir."
Sonda Ə.Əliyev vətəndaşlara narahat olmamağı tövsiyə edib:
"Mənə elə gəlir ki, yavaş-yavaş artıq sərinliyə doğru gedirik. Hər şey yaxşı olacaq, narahat olmağa dəyməz."
Комментарии
Загрузка…
Оставить комментарий