Bu barədə UFC-nin rəsmi "Instagram" hesabında məlumat verilib.

Bildirilib ki, idmançı səhər saatlarında ölü vəziyyətdə aşkarlanıb.

"Məlumata görə, o, yuxuda olarkən ürək tutması keçirib", - məlumatda qeyd olunub.

Hadisə yerinə gələn həkimlər Allan Nasimentoya yardım göstərməyə çalışsalar da, onların səyləri nəticə verməyib və idmançının öldüyü təsdiqlənib.

Yüngül çəki dərəcəsində çıxış edən Nasimentonun MMA karyerasında 22 qələbə və 7 məğlubiyyət qeydə alınıb. O, UFC turnirlərində keçirdiyi 6 döyüşün 4-də qalib gəlib, 2-də isə məğlub olub.