- Президент Ильхам Алиев утвердил закон о внесении изменений в ряд законов, регулирующих деятельность операторов автономных транспортных средств.
- Физические и юридические лица могут стать операторами при наличии свидетельства сроком на 5 лет.
- Государственная пошлина за выдачу свидетельства оператора составляет 20 манатов.
- Будут созданы центры дистанционного управления, данные в реальном времени будут передаваться в государственную информационную систему.
- Операторы обязаны хранить данные в течение 6 месяцев и немедленно сообщать о происшествиях в госорганы.
Qanuna əsasən, fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün 5 il müddətinə şəhadətnamələr veriləcək.
Operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə görə 20 manat məbləğində dövlət rüsumu təyin olunacaq.
Məsafədən idarəetmə mərkəzləri yaradılacaq və istismar zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürüləcək.
Dövlət sisteminə ötürülən məlumatlar qeydə alınacaq və operatorlar tərəfindən 6 ay müddətində mühafizə ediləcək.
Dəyişikliyə əsasən, qanunvericiliyə avtonom nəqliyyat mühitinin (ticarət gəmiçiliyi, aviasiya, dəmir yolu, metro, tramvay və avtomobil nəqliyyatı sahələrində) hüquqi tənzimlənməsi üçün "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" kimi anlayışlar daxil edilib.
Bundan başqa, idarəetmənin yüksək və tam avtomatlaşdırılmış səviyyələri təsbit olunub.
Avtonom nəqliyyat vasitəsinin, onun operatorunun, məsafədən idarəetmə mərkəzinin və avtomatlaşdırılmış idarəetmə sisteminin anlayışları, onlara dair tələblər, eləcə də operatorun və nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) vəzifələri müəyyən edilib.
Qnunda avtonom nəqliyyat vasitəsinin yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazidə istismar olunacağı qeyd olunub.
Həmçinin, hüquqi və ya fiziki şəxs müvafiq şəhadətnamə aldıqdan sonra operator qismində fəaliyyət göstərə biləcək. Operatordan istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək, istismara təhlükə yarandığı hallar baş verdikdə operativ müdaxilə etmək, nəqliyyat vasitəsinin istismarı ilə bağlı məlumatların saxlanmasını və mühafizəsini təmin etmək, həmçinin hadisə, qəza və ya insident baş verdiyi təqdirdə dərhal aidiyyəti dövlət qurumlarına məlumat vermək tələb olunacaq.
Bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici test mühiti çərçivəsində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində vurulan zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sahibinin) və ya istismarçısının (sahib qismində çıxış etdikdə) məsuliyyəti qeyd ediləcək.
Комментарии
Загрузка…
Оставить комментарий