- На фестивале Ozora в Венгрии произошло два смертельных случая.
- 39-летняя женщина, гражданка Венгрии, умерла от внезапной остановки сердца 1 августа.
- 45-летний мужчина, гражданин США, погиб, упав с декоративной конструкции.
- Организаторы решили прекратить все концертные программы с полуночи воскресенья.
- Фестиваль проходил с 24 июля в поселении Дадпуста.
Bu barədə festival təşkilatçıları sosial media hesablarında məlumat veriblər.
Avqustun 1-də əvvəlcə Macarıstan vətəndaşı olan 39 yaşlı qadın qəfil ürək tutmasından vəfat edib. Həkimlərin reanimasiya cəhdləri nəticə verməyib. Daha sonra ABŞ vətəndaşı olan 45 yaşlı kişi intihar məqsədilə dekorativ konstruksiyalardan birinə qalxıb və oradan yıxılaraq həyatını itirib.
"Baş vermiş bu faciəvi hadisələri nəzərə alaraq, bu gecə saat 00:00-dan etibarən bütün musiqi proqramları dayandırılacaq", - deyə təşkilatçılar bəyanatda bildiriblər.
İyulun 24-dən Macarıstanın mərkəzində yerləşən Dadpuşta qəsəbəsində keçirilən Ozora festivalı bazar günü son tam proqram gününü yaşayırdı. Son konsertlərin bazar ertəsi səhər saatlarınadək davam etməsi planlaşdırılırdı.
Macarıstanda cümə axşamından etibarən güclü istilərlə bağlı ən yüksək xəbərdarlıq səviyyəsi qüvvədədir. Həftəsonu ölkənin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyədək yüksəlib.
Комментарии
Загрузка…
Оставить комментарий