Nazirlikdən bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb edilib.
Dağlıq ərazidə dərinliyi təxminən 100 metr olan dərədə köməksiz vəziyyətdə qalan vətəndaş - 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil İmamverdi oğlu yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə edilməklə xilas olunub.