Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan dili kurslarının tələbələri Azərbaycan dilinin zənginliyi, milli dəyərlərin yaşadılmasındakı rolu və ana dilinə bağlılığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Proqram çərçivəsində 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş videosüjet iştirakçılara təqdim edilib.

Sonda Mərkəzin fəaliyyətinə yeni qoşulan gənclər üçün tanışlıq ekskursiyası təşkil edilib. İştirakçılar burada fəaliyyət göstərən muzeylər və kitabxana ilə tanış olub, ekspozisiyalar, eksponatlar və kitab fondu barədə ətraflı məlumat alıblar.