КОРОТКО
- В Гахском районе произошло ДТП с участием автомобилей Mercedes и Niva.
- В результате аварии погиб 12-летний пассажир Niva С.Бабазаде.
- Пострадали еще четыре человека, включая водителей и пассажиров.
- Возбуждено уголовное дело, ведется расследование.
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend -in məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub. Nəticədə "Niva" avtomobilində sərnişin qismində olan 12 yaşlı S.Babazadə hadisə yerində həyatını itirib.
Qəza zamanı "Niva"da olan digər sərnişinlər - 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı oğlan uşağı, avtomobilin sürücüsü 46 yaşlı Ruslan Babayev, həmçinin "Mercedes"in sürücüsü 33 yaşlı Mehman Rüstəmli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Комментарии
Загрузка…
Оставить комментарий