- Высокая температура и влажность увеличивают потерю жидкости и минералов в организме.
- Рекомендуется потреблять около 35 мл воды на килограмм массы тела, что для взрослых составляет 2,5-3 литра в день.
- В жару рекомендуется отдавать предпочтение айрану, полужирному молоку и свежим фруктовым сокам вместо чая, кофе и газированных напитков.
- Следует избегать жирной и тяжелой пищи, жареных блюд и мучных изделий, отдавая предпочтение овощам, нежирному сыру и оливкам.
- Рекомендуется носить светлую просторную одежду и принимать прохладный душ для балансировки температуры тела.
Yüksək temperatur və rütubət orqanizmdə maye və mineral itkisini artırır.
Milli.Az xəbər verir ki, güclü tərləmə nəticəsində yaranan su və mineral çatışmazlığı huşun itirilməsinə, başgicəllənmə və ürəkbulanma kimi hallara səbəb ola bilər.
Xüsusilə xroniki xəstəlikləri olan şəxslər, yaşlılar, azyaşlı uşaqlar, hamilələr və açıq havada çalışan şəxslər isti havadan daha çox təsirlənir.
Xarici mətbuatda bildirilir ki, bədən çəkisinin hər kiloqramına təxminən 35 millilitr su qəbul etmək tövsiyə olunur. Bu, böyüklər üçün gün ərzində orta hesabla 2,5-3 litr su deməkdir.
Həmçinin isti havalarda çay, qəhvə və qazlı içkilərin əvəzinə ayran, yarımyağlı süd və təzə meyvə şirələrinə üstünlük verilməsi məsləhət görülüb.
Bununla yanaşı, yağlı və ağır qidalardan, qızartmalardan və xəmir işlərindən uzaq durmaq tövsiyə edilib. Daha çox tərəvəz, az yağlı pendir və zeytun kimi yüngül qidalara üstünlük verilməsi, yeməklərin isə qaynadılmış, qrildə və ya az suda hazırlanması məsləhət görülüb.
Vətəndaşlara həmçinin açıq rəngli və geniş geyimlər geyinmək, bədən temperaturunu tarazlamaq üçün ilıq duş qəbul etmək tövsiyə olunub.
Qeyd edək ki, Milli.Az-da yayımlanan sağlamlıq məlumatları yalnız məlumat xarakterlidir və həkim məsləhətini əvəz etmir. Diaqnoz və müalicə üçün mütləq həkiminizə müraciət edin.
Комментарии
Загрузка…
Оставить комментарий