Qırğızıstan dövlətinin başçısı vurğulayıb:

"Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətlərinin bundan sonra da möhkəmlənməsi üçün möhkəm zəmin yaradır".