- BMW планирует сократить 8 тысяч рабочих мест до 2028 года.
- Продажи BMW в Китае во втором квартале текущего года упали на 30% по сравнению с аналогичным периодом прошлого года.
- Основная часть сокращений затронет сотрудников в Германии.
- Компания запускает программу добровольного увольнения для административного и научно-исследовательского персонала с октября по конец следующего года.
- Производственные рабочие не будут затронуты сокращениями.
Məlumata görə, cari ilin ikinci rübündə BMW-nin Çindəki satışları ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz geriləyib. İxtisarların əsas hissəsi Almaniyada çalışan əməkdaşlara şamil olunacaq.
Şirkət inzibati və elmi-tədqiqat sahələrində çalışan işçilər üçün könüllü işdənçıxarma proqramının təsdiqləndiyini açıqlayıb. Bildirilib ki, proqram oktyabr ayında başlayacaq və gələn ilin sonunadək davam edəcək. İstehsalat müəssisələrində çalışan fəhlələr isə bu prosesə cəlb edilməyəcək.
Hazırda BMW şirkətində ümumilikdə təxminən 160 min nəfər çalışır.
Qeyd olunur ki, BMW bu addımı atan yeganə Almaniya avtomobil istehsalçısı deyil. Daha əvvəl Porsche ötən il ixtisar edilən 3,9 min nəfərə əlavə olaraq daha 5 min əməkdaşın işdən çıxarılacağını açıqlamışdı. Volkswagen isə 100 min iş yerinin ixtisarını nəzərdə tutan plan üzərində işləyir.
Məlumata əsasən, hər üç avtomobil istehsalçısı Çində satışların zəifləməsi fonunda xərcləri azaltmaq və fəaliyyətini daha səmərəli təşkil etmək məqsədilə işçi sayını optimallaşdırmağa çalışır.
Комментарии
Загрузка…
Оставить комментарий