Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram marixuana, həmçinin 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.