Milli.Az xəbər verir ki, ekran işi yalnız yay mövsümü ilə məhdudlaşmayacaq. Layihənin payız-qış televiziya mövsümündə də izləyicilərlə görüşəcəyi bildirilib.

Məlumata görə, yeni mövsümdə "Daha 17" serialı "TRT 1" kanalında yayımlanan "Teşkilat" serialı ilə eyni gün efirə gedəcək və izləyici uğrunda rəqabət aparacaq.

Yeni yayım planı serialın izləyiciləri tərəfindən maraqla qarşılanıb və layihənin qarşıdakı mövsümdə göstərəcəyi nəticələr artıq müzakirə mövzusuna çevrilib.