Day.Az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Bildirilib ki, Zidan 27 yaşlı futbolçunun kapitan statusunda hər hansı dəyişiklik etməyi planlaşdırmır. Buna səbəb mütəxəssislə Mbappe arasında yaxşı münasibətlərin olması göstərilir.

Qeyd edək ki, Zidanın Fransa millisinin baş məşqçisi vəzifəsinə təyinatının iyulun 28-də rəsmən açıqlanacağı gözlənilir.