- Президент Ильхам Алиев утвердил изменения в Миграционный кодекс и законы о регистрации и госпошлине.
- Продление срока временного пребывания иностранцев будет осуществляться в электронной форме.
- Решение о продлении будет размещаться в электронном кабинете заявителя и направляться на электронную почту.
- Непредоставление одного или нескольких документов, предусмотренных статьей 41.1 Миграционного кодекса, является основанием для отказа в продлении.
- За повторную выдачу решения о продлении госпошлина взиматься не будет.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsi, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurlar elektronlaşdırılacaq.
Belə ki, müvəqqəti olma müddətinin uzadılması barədə qərar dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdiriləcək və elektron poçt ünvanına göndəriləcək. Bununla yanaşı, qərarın məzmununun təsdiq edilməsi, elektron imza ilə rəsmiləşdirilməsi və elektron xidmətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi təmin ediləcək.
Miqrasiya Məcəlləsinə edilən dəyişikliklə isə müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün əlavə əsas müəyyən olunub. Belə ki, Miqrasiya Məcəlləsinin 41.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən birinin və ya bir neçəsinin təqdim edilməməsi də imtina əsası kimi təsbit olunur.
"Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən isə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum nəzərdə tutulmayacaq.
Qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaq.
Həmin qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə və ya əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə onlar elektron qaydada tərtib ediləcək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi üçün həmin sistemə ötürüləcək, eyni zamanda müraciət edənin elektron poçt ünvanına göndəriləcək.
Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq.
Комментарии
Загрузка…
Оставить комментарий