Day.Az Trend-ə istinadən bildirir ki, forumda iştirakçılar informasiya əməkdaşlığının inkişaf etdirilməsi, media və beyin mərkəzləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və qlobal media məkanındakı mövcud tendensiyaları müzakirə edəcəklər.
Tədbir Qırğızıstan Milli Xəbər Agentliyi "Kabar" və "Sinxua" Xəbər Agentliyi tərəfindən təşkil olunur.