Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

"Görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Nəriman Nərimanov prospekti və Qədirli küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq. Xətai rayonunda Xətai Rüstəmov, Neapol və Sarayevo küçələrində saat 09:00-dan 11:00-ddək elektrik enerjisinin verilişində fasilə yaranacaq. Həmçinin Hövsan qəsəbəsində saat 10:00-dan 15:00-dək Oqtay Şabanov küçəsində elektrik enerjisinin verilişinə məhdudiyyət tətbiq ediləcək. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq"

, - deyə məlumatda bildirilir.