Bu barədə FHN-in mətbuat xidmətindən Day.Az -a məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-si və 28-də ölkə ərazisində güclü küləyin əsəcəyi proqnozlaşdırılır.

Bununla bağlı FHN əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.

Belə ki, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğu nəzərə alınaraq xatırladılıb ki, küləkli havada dənizə girmək çox təhlükəlidir. Həmçinin kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, xüsusilə havaların isti və quru keçdiyi bu günlərdə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

"Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - deyə müraciətdə vurğulanıb.