- Президент Азербайджана Ильхам Алиев поздравил президента Мальдив Мохамеда Муиззу с Днем независимости.
- В 2024 году отмечается 20-летие установления дипломатических отношений между Азербайджаном и Мальдивами.
- Введен безвизовый режим для граждан с общегражданскими паспортами.
- Запущены прямые авиарейсы между странами.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda qeyd olunub:
Maldiv Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. İki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, habelə bu yaxınlarda ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi insanlararası təmasların, xüsusilə də turizmin inkişafına mühüm təkan vermişdir.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni məzmunla zənginləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Комментарии
Загрузка…
Оставить комментарий