- В Азербайджане наблюдается значительный рост цен на запчасти для китайских автомобилей.
- Стоимость некоторых запчастей выросла более чем в два раза за короткий период.
- Продавцы связывают рост цен с дефицитом товара на рынке.
- Ситуация в Ормузском проливе негативно повлияла на международные перевозки, вызвав задержки и рост стоимости доставки.
- Цены на подержанные запчасти также выросли на 15-20%.
Day.Az xəbər verir ki, bəzi ehtiyat hissələrinin dəyəri qısa müddət ərzində iki dəfədən çox artıb. Satıcılar bunu əsasən bazarda məhsul çatışmazlığının yaranması ilə əlaqələndirirlər.
Çin avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı ilə məşğul olan Tural Rəhmanlının sözlərinə görə, son vaxtlar Hörmüz boğazında yaranmış vəziyyət beynəlxalq daşımaların təşkilinə mənfi təsir göstərib. Nəticədə həm ehtiyat hissələrinin tədarükündə gecikmələr yaranıb, həm də onların qiymətləri yüksəlib.
Onun sözlərinə görə, əvvəl istifadə olunan nəqliyyat marşrutlarının bir hissəsinin məhdudlaşması idxalçıları alternativ və daha uzun marşrutlardan istifadə etməyə məcbur edir. Bu isə daşınma xərclərinin artmasına səbəb olur və nəticədə əlavə xərclər məhsulların satış qiymətinə də təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, anbarlarda ehtiyat hissələrinin azalması və bazarda tələbatın yüksək qalması da qiymət artımını sürətləndirən əsas amillərdəndir.
Bahalaşma yalnız yeni ehtiyat hissələrini əhatə etmir. İkinci əl avtomobil hissələrinin qiymətlərində də artım qeydə alınıb. Satıcıların sözlərinə görə, bəzi istifadə olunmuş ehtiyat hissələrinin qiyməti əvvəlki dövrlə müqayisədə təxminən 15-20 faiz yüksəlib.
Комментарии
Загрузка…
Оставить комментарий