- В торговом центре Штутгарта произошло нападение с ножом на 47-летнюю женщину.
- Пострадавшая получила тяжелые ранения и была доставлена в больницу, ей проводят срочную операцию.
- Подозреваемый — 54-летний мужчина, задержан полицией.
- Мотив нападения пока не установлен, ведется сбор доказательств и изучение записей камер видеонаблюдения.
Day.Az xəbər verir ki, bu barədə "Tagesschau" məlumat yayıb.
"Bu gün saat 10:15 radələrində Ştutqart polisinin əməliyyat-dispetçer mərkəzinə çoxsaylı zənglər daxil olub. Buna səbəb şəhərin şimal hissəsində yerləşən ticarət mərkəzində 47 yaşlı qadına edilən hücum olub", - deyə polis bildirib.
"Bild" nəşrinin məlumatına görə, qadın ticarət mərkəzinin zirzəmi mərtəbəsində bıçaqlanıb. Daha sonra isə cinayətkar ona od vurub. Hadisə yerinə gələn tibb işçiləri zərərçəkənə ilkin yardım göstərərək xəstəxanaya çatdırıblar.
Hazırda ona təcili cərrahi əməliyyat həyata keçirilir. Hadisədən sonra ticarət mərkəzi polis tərəfindən mühasirəyə alınıb, əraziyə polis və yanğınsöndürənlər cəlb edilib.
Hadisə ilə bağlı şübhəli bilinən 54 yaşlı kişi saxlanılıb. Hücumun motivi hələlik məlum deyil. İstintaq çərçivəsində sübutlar toplanılır və binadaxili müşahidə kameralarının görüntüləri araşdırılır.
Комментарии
Загрузка…
Оставить комментарий