Day.Az Milli.Az -a istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər onun yaşadığı evə hücum edərək müxtəlif istiqamətlərdən atəş açıblar. Nəticədə Musa D. bədəninin bir neçə nahiyəsindən güllə yarası alıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır və həyati təhlükəsinin davam etdiyini bildiriblər.

Silahlı hücumdan sonra polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Hadisədən sonra Sedat Pekerin sosial media hesabında Musa D.-nin güllələnməsi ilə bağlı paylaşımı bəyənərək "story" bölməsində paylaşması da diqqət çəkib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.