Bu barədə Rumıniya Prezidenti Nikuşor Dan rəsmi "X" hesabında məlumat verib.
Onun sözlərinə görə, gəmi Misirin İsgəndəriyyə limanından yola düşərək Ukraynanın Reni limanına doğru istiqamət almışdı.
Hadisədən qısa müddət sonra Rumıniyanın Dəniz Təhlükəsizliyi Agentliyinə məxsus iki gəmi hadisə yerinə çataraq bütün ekipajı, o cümlədən xəsarət alan üç ekipaj üzvünü təxliyə edib. Onların hamısı salamat şəkildə sahilə çatdırılıb.
Bundan əlavə, hadisə rayonuna göndərilən yedək gəmisi tankerinin sürüklənməsinin və gəmiçiliyin təhlükəsizliyi üçün əlavə risk yaratmasının qarşısını almaq məqsədilə vəziyyətə nəzarət edir, deyə prezident əlavə edib.
Bu arada, "Digi24" portalının məlumatına görə, propanla yüklənmiş gəminin göyərtəsində partlayış baş verib.
Mənbələrin bildirdiyinə görə, gəmi böyük ehtimalla dəniz dronunun hücumuna məruz qalıb. Həmin dronun mənşəyi hələlik məlum deyil. Hazırda tanker yanmaqda davam edir.
Комментарии
Загрузка…
Оставить комментарий