Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, mütəxəssislər sürücülük təliminin mərhələli şəkildə təşkil olunmalı olduğunu hesab edirlər.

İlk mərhələdə namizədlər qapalı meydançalarda əsas vərdişləri mənimsəməli, yalnız bundan sonra şəhər yollarında praktiki təlimə cəlb olunmalıdır. Mövcud infrastrukturun məhdudluğu isə bu prosesi çətinləşdirir.

Ekspertlər çıxış yolunun sürücülük məktəblərinin birgə istifadə edə biləcəyi xüsusi təlim meydançalarının yaradılması olduğunu bildirirlər. Onların fikrincə, bu yanaşma həm təlimin keyfiyyətini, həm də yol hərəkəti təhlükəsizliyini artırmağa kömək edəcək.