- Главное управление государственной дорожной полиции обратилось к водителям и пешеходам в связи с выходными и летним сезоном.
- Ожидается значительное увеличение транспортного потока, особенно из столицы в регионы, туристические и прибрежные зоны отдыха.
- Водителям рекомендовано выбирать скорость по погодным и дорожным условиям, отдыхать перед дальней поездкой, соблюдать дистанцию и избегать рискованных маневров.
- Пешеходов просят переходить дорогу только в установленных местах и не отвлекаться на мобильные телефоны.
- Госорган призывает всех участников дорожного движения строго соблюдать правила и не рисковать жизнью.
BDYPİ həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.
Day.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına gedən istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq yol hərəkəti iştirakçılarına çağırış edib.
Bildirilib ki, hərəkət intensivliyinin artması yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəltdiyindən bütün sürücülər və piyadalar diqqətli və məsuliyyətli olmalıdırlar.
BDYPİ sürücülərə hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməyi, uzun məsafəyə çıxmazdan əvvəl kifayət qədər dincəlməyi, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, təhlükəsiz ara məsafəsini qorumağı, riskli ötmə və digər təhlükəli manevrlərdən çəkinməyi, yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etməyi, həmçinin səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı tövsiyə edib.
Müraciətdə dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlardan, eləcə də piyadalardan yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmələri, yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri xahiş olunub.
Qeyd edilib ki, çimərliklər və istirahət zonalarının ətrafında hərəkətin intensiv olduğu nəzərə alınaraq həm sürücülər, həm də piyadalar qarşılıqlı diqqət və ehtiyatlılıq nümayiş etdirməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını həftəsonu səfərləri zamanı yol hərəkəti qaydalarına ciddi riayət etməyə, özlərinin və digər insanların həyatını riskə atmamağa çağırıb.
Комментарии
Загрузка…
Оставить комментарий