- Маршрут №525 разделен на 525A и 525B с 18 июля.
- Новые автобусы King Long на CNG, 28 единиц.
- Стоимость проезда 0,60 AZN, безналичная оплата.
- Маршрут 525A: интервал 6-7 минут, от 'Yeni Bakı' до 'Memar Əcəmi'.
- Маршрут 525B: интервал 10 минут, от 'Zəngilan şəhərciyi' до 'Memar Əcəmi'.
Day.Az xəbər verir ki, iyulun 18-dən sözügedən marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərəcək.
Marşrutlar üzrə sərnişinlərə müasir, CNG texnologiyası ilə təchiz edilən 28 ədəd "King Long" markalı avtobus xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.
525A nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi ("Yeni Bakı" yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun "Memar Əcəmi" stansiyası olacaq. Marşrut 6-7 dəqiqə hərəkət interval ilə fəaliyyət göstərəcək.
525B nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi ("Zəngilan şəhərciyi" yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun "Memar Əcəmi" stansiyası olacaq. Avtobuslar 10 dəqiqə intervalla hərəkət edəcək.
Eyni zamanda vətəndaşların Masazır kəndi daxilində "Yeni Bakı" yaşayış kompleksindən "Zəngilan şəhərciyi" yaşayış kompleksi istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 524 nömrəli marşrut da fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.
Комментарии
Загрузка…
Оставить комментарий