- С 18 июля возобновляется работа экспресс-маршрута №150E между станцией метро 'Короглу' и центром отдыха 'Sea Breeze'.
- Автобусы будут ходить по субботам и воскресеньям с интервалом 30 минут с 07:00 до 22:00.
- Стоимость проезда составляет 0,90 маната, оплата только безналичная.
- Маршрут включает несколько остановок, в том числе у пляжных зон.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Day.Az -a bildirilib ki, marşrut üzrə avtobuslar həftənin şənbə və bazar günləri metronun "Koroğlu" stansiyasının cənub çıxışından ("Piramida" tərəf) hərəkətə başlayacaq. Sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə avtobusların marşrut xətti üzrə bir neçə aralıq dayanacaqda dayanması nəzərdə tutulur.
150E nömrəli ekspres marşrut üzrə avtobusların dayanacaqları aşağıdakılardır:
Heydər Əliyev prospekti (yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);
Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);
Mərdəkan prospekti (Binə qəsəbəsi);
Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);
5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);
Bilgəh-Pirşağı yolu (çimərlik ərazisi);
Böyük tutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqəlik hərəkət intervalı ilə xidmət göstərəcək. Marşrut üzrə gedişhaqqı 0,90 manat təşkil edir. Avtobuslarda ödəniş yalnız nağdsız formada həyata keçiriləcək.
Комментарии
Загрузка…
Оставить комментарий