- В некоторых горных и предгорных районах Азербайджана прошли кратковременные дожди.
- Наибольшее количество осадков (11 мм) зафиксировано в Гяндже.
- В Баку и на Абшеронском полуострове скорость ветра достигала 21 м/с.
Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 17-si saat 09:00-a olan məlumatına görə, bəzi ərazilərdə şimşək çaxıb və yağış yağıb.
Ən çox yağıntı Gəncədə 11 mm qeydə alınıb. Həmçinin Şəmkir, Sarıbaş (Qax), Balakən və Oğuzda 4 mm, Şəkidə 2 mm, Zaqatala, Şahdağ, Naftalan, Göygöl, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı və Şuşada isə 1 mm yağıntı düşüb.
Məlumata əsasən, iyulun 16-da bəzi bölgələrdə şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında, eləcə də Mingəçevirdə 21 m/s, Gəncədə 20 m/s, Culfada isə 19 m/s təşkil edib.
Комментарии
Загрузка…
Оставить комментарий