- Тиктокер Ильдуза Гаджиева, известная как Arzum9999, осуждена за ДТП со смертельным исходом.
- Приговор: 5 лет 2 месяца лишения свободы и лишение прав на 2 года 6 месяцев.
- Подана апелляционная жалоба на приговор.
- Авария произошла в июне прошлого года в поселке Мардакян Хазарского района Баку.
- Гаджиева при повороте создала помеху, что привело к столкновению, в результате которого 1 человек погиб, 1 тяжело ранен.
Day.Az xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxış iclası iyulun 22-nə təyin edilib.
Xatırladaq ki, Xəzər rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.
İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb. Lent.az
Комментарии
Загрузка…
Оставить комментарий