- Наги Нагиев назначен членом правления Milli Depozit Mərkəzi решением Наблюдательного совета от 14.07.2026.
- Наги Нагиев проходил стажировку в Европейском банке реконструкции и развития в 2020 году.
- Работал аналитиком по рыночным рискам в SOCAR Trading с 2020 года.
- В 2022-2023 годах работал на Лондонской бирже металлов.
- С августа 2023 года работал в Центральном банке Азербайджана, с июня 2024 по июль 2026 года был начальником отдела методологии надзора.
Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub.
Day.Az xəbər verir ki, bu barədə MDM-dən bildirilib.
Məlumata görə, MDM-in Müşahidə Şurasının 14.07.2026-cı il tarixli qərarı ilə Nağı Nağıyev İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nağı Nağıyev 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib. Həmin il əmək fəaliyyətinə "SOCAR Trading" şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. O, 2022-2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib.
Nağı Nağıyev əmək fəaliyyətini 2023-cü ilin avqustundan etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında davam etdirib. O, 2023-cü ilin avqustundan 2024-cü ilin iyun ayınadək Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.
Комментарии
Загрузка…
Оставить комментарий