Day.Az xəbər verir ki, "Azərişıq"dan verilən məlumata görə, gecə saat 02:00-dan 04:00-dək Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi və Mirzəağa Əliyev küçələri, həmçinin "Qoşa Qala" restoranının arxa hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.

Yasamal rayonunda isə saat 10:00-dan 13:00-dək Əbüdrəhim bəy Haqverdiyev, İnşaatçılar, İsmayıl bəy Qutqaşınlı, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik təchizatında məhdudiyyət tətbiq ediləcək.

Keşlə qəsəbəsində Nizami Abdullayev, Mirzə Ələkbər Sabir, Yenikənd, Mətləb Ağayev və 1-ci Köndələn küçələrinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisi kəsiləcək.

Zabrat qəsəbəsində Mehdi Hüseynzadə, Nəsibə Zeynalova, Murad Mirzəyev, Aşıq Ələsgər, Hüseyn Cavid, Şövkət Əhmədov və Köhnə Tramvay küçələrində də təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Biləcəri ETSİ-nin xidmət ərazisində isə saat 09:30-dan 13:00-dək Binəqədi kəndi və ətraf yeni yaşayış massivləri, Biləcəri qəsəbəsində Məmmədoğulları, Xudadat Məlikaslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsi işıqsız qalacaq.

Bölgələrdə isə Lənkəranın Kosalar, Hirkan, Siyavar, Vel, Daştalığcar, Parakənd, Mamusta, Bala Şükür və Gərmətük kəndlərində saat 10:00-dan 14:00-dək planlı təmir və sazlama işləri səbəbindən elektrik enerjisinin verilişinə müvəqqəti fasilə veriləcək.

Qurum bildirir ki, yenidənqurma və təmir-bərpa işləri başa çatdıqdan sonra həmin ərazilərin elektrik təchizatı daha keyfiyyətli və dayanıqlı olacaq.