- За январь-июнь 2025 года экспорт нефтепродуктов из Азербайджана составил 486,6 тыс. тонн на сумму 385,8 млн долларов США.
- По сравнению с аналогичным периодом прошлого года экспорт нефтепродуктов вырос в 2,7 раза в стоимостном выражении и в 1,7 раза в объемном.
- Экспорт сырой нефти за тот же период снизился на 2,8% в стоимостном выражении и на 15,9% в объемном.
- Внешнеторговый оборот Азербайджана за январь-июнь 2025 года составил 24,661 млрд долларов США, увеличившись на 1,1%.
- Положительное сальдо внешней торговли составило 7,979 млрд долларов США, что в 5,9 раза больше, чем годом ранее.
Trend -in Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-iyun aylarında Azərbaycandan 486,6 min ton neft və bitumlu süxurlardan alınan neft məhsulları, eləcə də tərkibində kütlə etibarilə 70 faiz və daha çox neft və ya neft məhsulları olan məhsullar ixrac edilib. Bu ixracın dəyəri 385,8 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 245 milyon ABŞ dolları və ya 2,7 dəfə, həcm ifadəsində isə 204,9 min ton və ya 1,7 dəfə artıb.
Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracında payı 2,38 faiz olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycandan dünya ölkələrinə 10,125 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib. Bu ixracın dəyəri 6,231 milyard ABŞ dolları təşkil edib.
Qurumun məlumatına əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, həcm ifadəsində isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib.
Hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.
Ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın həcmi 3,442 milyard ABŞ dolları və ya 26,7 faiz artdığı halda, idxalın həcmi 3,181 milyard ABŞ dolları və ya 27,6 faiz azalıb.
Nəticədə xarici ticarətdə 7,979 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Trend-in hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623 milyard ABŞ dolları çoxdur.
Комментарии
Загрузка…
Оставить комментарий