- В январе-июне 2025 года Азербайджан экспортировал 12,431 млрд кубометров природного газа на сумму 4,105 млрд долларов США.
- Объем экспорта газа в стоимостном выражении снизился на 9,6% по сравнению с аналогичным периодом прошлого года, но в физическом объеме вырос на 0,5%.
- Внешнеторговый оборот Азербайджана за январь-июнь 2025 года составил 24,661 млрд долларов США, что на 1,1% больше, чем годом ранее.
- Экспорт вырос на 26,7%, а импорт снизился на 27,6%.
- Еврокомиссар по энергетике заявил, что около половины азербайджанского газа идет в Европу, и расширение TAP позволит увеличить поставки.
Azərbaycandan təbii qaz ixracının həcmi artıb.
Trend -in Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-iyun aylarında Azərbaycan 4,105 milyard ABŞ dolları dəyərində 12,431 milyard kubmetr (qaz halında) təbii qaz ixrac edib.
Qurumun məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 437 milyon ABŞ dolları və ya 9,6 faiz az olsa da, həcm ifadəsində 66 milyon kubmetr və ya 0,5 faiz çox olub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib.
Trend -in hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.
Bildirilir ki, ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın həcmi 3,442 milyard ABŞ dolları (26,7 faiz) artdığı halda, idxalın həcmi 3,181 milyard ABŞ dolları (27,6 faiz) azalıb.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Enerji və Mənzil Məsələləri üzrə Komissarı Dan Yorgensen, Trend-ə verdiyi özəl müsahibədə bildirmişdi ki, hazırda Azərbaycan qazı ixracının təxminən yarısı Avropa bazarının payına düşür.
"Bu ilin yanvar ayında Trans-Adriatik Qaz Boru Kəmərinin ilk genişləndirilməsi həyata keçirildi - illik əlavə 1,2 milyard kubmetr həcmində. Bu isə 2026-cı ildə Avropa bazarına əlavə qaz tədarükləri anlamına gəlir. İqtisadi effekti də unutmaq olmaz: Cənub Qaz Dəhlizi istifadəyə verildiyi vaxtdan etibarən Azərbaycan iqtisadiyyatının inkişafında mühüm hərəkətverici qüvvəyə çevrilib. Trans-Adriatik Qaz Boru Kəməri vasitəsilə kommersiya tədarüklərinin başlanmasından bəri 2024-cü ilədək İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixracı təxminən 24 milyard avro gəlir gətirib. Bu, real və hiss olunan artımdır", - deyə o bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий