- В январе-июне 2025 года Азербайджан экспортировал 10,125 млн тонн сырой нефти и нефтепродуктов на сумму 6,231 млрд долларов США.
- По сравнению с аналогичным периодом 2024 года экспорт нефти снизился на 15,9% в объеме и на 2,8% в стоимостном выражении.
- Внешнеторговый оборот Азербайджана за январь-июнь 2025 года составил 24,661 млрд долларов США, что на 1,1% больше, чем годом ранее.
- Экспорт вырос на 26,7% до 16,32 млрд долларов, импорт снизился на 27,6% до 8,341 млрд долларов.
- Положительное сальдо внешней торговли составило 7,979 млрд долларов, что в 5,9 раза больше, чем в 2024 году.
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan neft ixracının həcmi açıqlanıb.
Trend -in Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-iyun aylarında Azərbaycandan dünyanın müxtəlif ölkələrinə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib.
Qurumun məlumatına əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, həcm ifadəsində isə 1,921 milyon ton və ya 15,9 faiz azdır.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib.
Trend -in hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.
Bildirilir ki, ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın həcmi 3,442 milyard ABŞ dolları (26,7 faiz) artdığı halda, idxalın həcmi 3,181 milyard ABŞ dolları (27,6 faiz) azalıb.
Vurğulanır ki, nəticədə xarici ticarətdə 7,979 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Trend-in hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623 milyard ABŞ dolları çoxdur.
Комментарии
Загрузка…
Оставить комментарий