- Президент Азербайджана Ильхам Алиев подписал указ об утверждении Национального плана действий по борьбе с торговлей людьми на 2026-2030 годы.
- Кабинет министров Азербайджана должен решить вопросы, вытекающие из указа.
- Министерство внутренних дел Азербайджана координирует реализацию мероприятий плана и ежегодно отчитывается президенту.
- Мониторинг и оценку выполнения плана осуществляет Центр анализа и коммуникации экономических реформ по заказу МВД.
Prezident İlham Əliyev
"Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı"
nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, sərəncama əsasən,
"Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı"
təsdiq edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Комментарии
Загрузка…
Оставить комментарий