- Судья Бакинского апелляционного суда Фаррух Гасымов разъяснил правовую природу подарочных карт.
- Подарочная карта не является самостоятельным товаром, а лишь подтверждает предоплату.
- Условия о списании средств после истечения срока действия карты признаны недействительными.
- Такие условия противоречат статье 420 Гражданского кодекса Азербайджана и принципу добросовестности.
- Потребитель имеет право на получение товара или возврат предоплаты даже после истечения срока карты.
Day.Az xəbər verir ki, hakimin sözlərinə görə, hədiyyə kartı müstəqil əmtəə deyil.
Kartın alınması zamanı istehlakçı əslində gələcəkdə mağazadan məhsul əldə etmək məqsədilə əvvəlcədən pul vəsaiti - avans ödəyir. Kart isə yalnız həmin ödənişi təsdiq edən vasitədir və tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin mövcudluğunu göstərir. Hədiyyə kartlarının üzərində yer alan "yalnız etibarlılıq müddəti ərzində istifadə edilə bilər", "müddət bitdikdə kart yenilənmir və balansdakı məbləğ silinir" kimi müddəalar müqavilənin standart şərtləri hesab edilməlidir. Çünki bu şərtlər sahibkar tərəfindən əvvəlcədən hazırlanır və istehlakçının onların məzmununa təsir etmək imkanı olmur.
F. Qasımov bildirib ki, müqavilə azadlığı prinsipi tərəflərə qanunvericiliyə zidd olmayan şərtlər müəyyən etmək imkanı versə də, bu prinsip standart şərtli müqavilələrdə istehlakçının hüquqlarını məhdudlaşdıran və sahibkara birtərəfli üstünlük yaradan müddəaların tətbiqinə əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420-ci maddəsinə əsasən, təklif edən tərəfə əsassız olaraq öz öhdəliyinin icrasından imtina etmək imkanı verən, yaxud istehlakçını qanunla nəzərdə tutulmuş hüquqlardan məhrum edən standart şərtlər etibarsız sayılır.
Vurğulanıb ki, kartın etibarlılıq müddətinin başa çatmasını əsas gətirərək həm məhsulun verilməsindən, həm də ödənilmiş avansın qaytarılmasından imtina edilməsi Mülki Məcəllənin tələblərinə uyğun deyil. Belə şərtlər satıcıya öhdəliyini birtərəfli qaydada icra etməmək imkanı yaradır və istehlakçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu faktiki olaraq aradan qaldırır.
Hakim bildirib ki, bu cür müddəalar həm Mülki Məcəllənin 420-ci maddəsinə, həm də mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinə ziddir. Çünki hədiyyə kartı özü iqtisadi dəyər daşımır, yalnız əvvəlcədən ödənilmiş vəsaiti təsdiqləyir. Müddətin bitməsi ilə həmin vəsaitin silinməsi isə satıcının heç bir məhsul təqdim etmədən avans məbləğini özündə saxlamasına səbəb olur ki, bu da hüquqi əsas olmadan varlanma ilə nəticələnə bilər.
Hakimin sözlərinə görə, hədiyyə kartlarında nəzərdə tutulan və kartın etibarlılıq müddəti başa çatdıqda balansın silinməsini nəzərdə tutan standart şərtlər etibarsız hesab edilməli, istehlakçının əvvəlcədən ödədiyi vəsait hesabına məhsul əldə etmək və ya qanunvericiliyin nəzərdə tutduğu digər hüquqlardan istifadə etmək imkanı qorunmalıdır.
Комментарии
Загрузка…
Оставить комментарий