- Из-за матча 'Карабах' - 'Вестри' 9 июля изменится режим работы Бакинского метрополитена.
- Станция 'Гянджлик' будет работать в усиленном режиме.
- Будут приняты дополнительные меры безопасности и привлечен вспомогательный персонал.
- Поезда будут ходить по графику летних рабочих дней, при необходимости выпустят резервные составы.
- После матча движение поездов будет регулироваться с учетом режима станции 'Гянджлик'.
Day.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oyun ərəfəsində yaxınlıqda yerləşən "Gənclik" stansiyası "Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq.
Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək.
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий