- Сухопутные войска Азербайджана начали масштабные оперативные учения в соответствии с планом подготовки на 2026 год.
- В учениях участвуют командос, мотострелковые, механизированные и артиллерийские бригады, а также призванные из запаса военнообязанные.
- На начальном этапе проведены приведение войск в боевую готовность, перевозка личного состава и техники по железной дороге, марши на большие расстояния.
- В ходе учений применяются современные беспилотники, средства радиоэлектронной борьбы и высокоточное оружие.
- Руководство Минобороны высоко оценило выполнение задач и достижение целей учений.
Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir.
Təlimin ilkin mərhələsində qoşunların döyüşə hazırolma vəziyyətinə gətirilməsi, şəxsi heyətin və texnikanın dəmir yolu vasitəsilə daşınması, hərbi hissələrin avtomobil yolları ilə uzaq məsafələrə, o cümlədən məhdudgörmə şəraitində hərəkəti, əməliyyat və döyüş təyinatı rayonlarının, bilavasitə müdafiə hədlərinin tutulması həyata keçirilib, manevrlər gedişində yüksək təşkilatçılıq nümayiş etdirilib.
Əməliyyat təlimi çərçivəsində eyni vaxtda müxtəlif təlim mərkəzlərində və poliqonlarda hərbi hissələrlə döyüş atışlı taktiki təlimlər və taktiki-xüsusi təlimlər, döyüş atışları keçirilib, təminat tapşırıqları praktiki olaraq işlənib.
Taktiki fəaliyyətlər Vətən müharibəsinin və son dövrlərdə dünyada baş verən silahlı münaqişələrin təcrübəsi nəzərə alınaraq icra edilib, Azərbaycan Ordusunun arsenalında olan müasir pilotsuz uçuş aparatları, radioelektron mübarizə və radiotexniki kəşfiyyat vasitələri, yüksək dəqiqlikli silah sistemləri kompleks şəkildə tətbiq edilib. Hava və radiotexniki kəşfiyyat tapşırıqlarının, praktiki döyüş atışlarının yerinə yetirilməsində şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirib.
Təlimin gedişində döyüş fəaliyyətlərinin yeni üsul və metodları sınaqdan keçirilib, komandirlərin müstəqil qərar qəbuletmə səriştələri, şəxsi heyətin yüksək dağlıq və meşəlik ərazilərdə, yaşayış məntəqələrində döyüşaparma bacarıqları və çöl vərdişləri təkmilləşdirilib.
İrimiqyaslı əməliyyat təliminin gedişini izləyən Müdafiə Nazirliyinin rəhbər heyəti birləşmə və bölmələrin döyüş fəaliyyətini müsbət qiymətləndirib. Təlimdə qarşıya qoyulan tapşırıqların tam həcmdə icra edildiyi və təlimin məqsədlərinə nail olunduğu qeyd edilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий